Şrift:
Təbrizdə milli fəallara azadlıq tələbilə posterlər yapışdırılması davam edir
21.01.2020 [21:37] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın başkəndi Təbrizdə “Güney Azərbaycan Milli Hərəkatı”nın tutuqlu olan fəallarına azadlıq tələbilə divarlara posterlər yapışdırılması davam etməkdədir. Posterlərdə Tehran mərkəzli mollakratiya və irqçi fars rejiminin süni şəkildə şərləyərək zindana saldığı azərbaycanlı siyasi məhbuslar və fəallara azadlıq tələb edilib. Bu məqsədlə fəallar şəhərin müxtəlif məhəllələrində divarlara posterlər yapışdırıblar. Posterlərdə hazırda saxta ittihamlarla məhkumluq həyatı yaşamağa məcbur olan bir neçə fəalın şəkili ilə yanaşı türk dilində “Niyə azadlığa çalışanlar həbs edilir” cümləsi də əks olunub. Hazırda rejimin həbs etdiyi milli fəallardan 32-nin kimliyi dəqiq olaraq müəyyən edilib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed