Şrift:
Sambo üzrə açıq paytaxt birinciliyinin qalibləri müəyyənləşib
23.01.2020 [11:12] - İdman
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü idmançılar arasında sambo üzrə açıq paytaxt birinciliyi keçirilib. BŞGİBİ-nin verdiyi açıqlamaya görə birincilikdə 10 çəki dərəcəsi üzrə 127 idmançı mübarizə aparıb.
Yarışda Məhəmmədmehdi Əbilov (48 kq), Rasim Hüseynov (52 kq), Rövşən Hüseynov (56 kq), Rəvan Rüstəmli (60 kq), Kərəm Babazadə (65 kq), Murad Bəçirov (70 kq), İlkin Əhmədzadə (75 kq), Adil Adilzadə (81 kq), Cahangir Məmmədov (87 kq) və Orxan Məcidli (87 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlk üç yeri tutan idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed