Şrift:
Atletika üzrə Azərbaycan çempionatında 100-ə yaxın idmançı iştirak edəcək
23.01.2020 [11:17] - İdman
Yanvarın 24-25-də Respublika Olimpiya Mərkəzində atletika üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə baş tutacaq turnirdə qadınlar və kişilər iştirak edəcəklər. Yarışda 11 komandadan 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparacaq.
Çempionatda qaçışın 7 (60, 200, 400, 800, 1500, 3000, 4x200 metr) növü və estafet üzrə yarışlar keçiriləcək. Bundan başqa, atletlər tullanma və nüvəitələmə yarışlarında da qüvvələrini sınayacaqlar. Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed