Şrift:
Paytaxtda aptekdə psixotrop tərkibli dərmanlar satan şəxslər saxlanılıblar
23.01.2020 [11:25] - Hadisə
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən saxlanılıblar.
DİN-in mətbuat xidmətindən bildiriblər ki, aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 73 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed