Şrift:
Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə toplantılar keçirilir
23.01.2020 [11:49] - Hərb
Müdafiə Nazirliyindən verilən çəlumata görə, ötən müddət ərzində keçirilən toplantılarda taqım komandirləri və müavinləri, manqa komandirləri, müxtəlif ixtisaslı gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları iştirak ediblər.
Toplantılarda kiçik komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, pedaqoji hazırlıqlarının yüksəldilməsi istiqamətində məşğələlər keçirilib, “Hərbi qulluqçu və hərbi kollektivin psixologiyası” mövzusunda mühazirələr oxunub.
Hazırda müxtəlif ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi komandir hazırlığı və təlim-metodiki toplantılar davam edir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed