Şrift:
Vətəndaşlara 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi ödətdirilib
23.01.2020 [12:11] - Sosial
Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31 min 539 cinayət işindən 81 faizinin istintaqı daxili işlər orqanlarının müstəntiqləri tərəfindən aparılıb. Vətəndaşlara dəymiş 52 milyon manatdan çox maddi ziyanın 92,7 faizi məhz istintaq zamanı ödətdirilib. Bunu Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov deyib.
Vilayət Eyvazov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin icrası daim nəzarətdə saxlanılıb və tam yerinə yetirilib. Nazirliyin rəhbərliyi tərəfindən 4405, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə 64 şəhər və rayondan olan 965 vətəndaşın qəbulu həyata keçirilib. Qəbullarda qaldırılan məsələlərin əksəriyyəti yerində həll olunub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 65 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed