Şrift:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Afinada XX ali səviyyəli toplantı təşkil edib
23.01.2020 [12:25] - Sosial
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Afinada “Ətraf mühit dəyişikliyi və onun insanların həyatına təsiri” mövzusunda XX ali səviyyəli toplantı keçirilib. Tədbirdə Yunanıstan Prezidenti, 20-dən çox ölkənin sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda mərkəzin həmsədrləri - Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa və Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin çıxış edərək 30 il bundan əvvəl 20 yanvar tarixində öz müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycan xalqının verdiyi qurbanlar haqqında danışıblar. Bildirilib ki, Azərbaycan Şərqdə ilk müstəqil demokratik respublika və qadınlara seçki hüququ verən ölkədir.
Tədbirdə Yunanıstan Prezidenti Prokopis Pavlopoulosa Azərbaycan xalqının fəxri olan Nizami Gəncəvinin dünya mədəniyyətinə verdiyi töhfələri əks etdirən xatirə kitabı təqdim edilib. Toplantıda bu ilin mart ayında Bakıda təşkil olunacaq VIII Qlobal Forum haqqında da məlumat verilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov tərəfindən Nobel Sülh mükafatçısının Mərkəzin fəaliyyəti və qarşıdan gələn Bakı Forumu ilə bağlı müraciəti təqdim edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed