Şrift:
Fərəc Quliyev AŞPA-nın nümayəndə heyəti ilə görüşüb
23.01.2020 [15:06] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 09.02.2020 tarixində Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin seçki öncəsi müşahidə missiyasının üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşü keçirilib. Görüşdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də iştirak edib.
Komitənin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak, Avropa Şurası Bakı ofisinin rəhbəri Zoltan Hernyeş, Avropa Xalq Partiyası Qrupunun təmsilçisi Raivo Tam, Avropa Liberallar və Demokratlar Alyansının təmsilçisi Alfred Heer və Vahid Avropa Solçular Qrupunun təmsilçisi Georgios Karuqkalosun iştirak etdiyi görüşdə keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub.

Fərəc Quliyev AŞPA-nın nümayəndə heyəti ilə görüşüb













MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 296 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed