Şrift:
Mili fəal Əlirza Fərşiyə zindanda ən ağır işgəncələr verilib
23.01.2020 [19:06] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Əlirza Fərşinin qanunsuz olaraq hansı ittihamlarla tutuqlanması barəsində yayılan yayılan xəbərləri molla rejiminin xüsusi cəza dəstəsi tərəfindən təkzib olunubdur. Ancaq, o da bəllidir ki, yayılan xəbərləri təkzib etmək üçün rejimin təhlükəsizlik strukturları əldən-ayaqdan gedirlər.
Qeyd edək ki, Güney Azərbaycanın Mərənd şəhərində doğulan milli fəal yanvarın 8-də Tehranda iş yerində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O saxlandıqdan sonra əlləri qandallı şəkildə evinə aparılıb. Fəalın kitab, ləptop və mobil telefonu təhlükəsizlik qüvvələri tərəfindən götürülüb.
Redkasiyamıza bilgi verən qaynağın bildirdiyinə görə: “Təhlükəsizlik qüvvələri Əlirza Fərşinin evinə müraciət etdiyi zaman onun yaşlı xalası da evdə olub. Təhlükəsizlik qüvvələri milli fəala qarşı kobud davranıb, ona nalayiq söyüşlər işlədiblər. Evdə axtarış aparıldıqdan sonra Əlirza Fərşidən şəxsi əşyalarını aşağı endirməsi tələb olunub. Milli fəal əllərinin qandallı olduğunu bildirincə, məmurlardan biri kitabla dolu çantanı ona tərəf atıb, çanta fəalın başına dəyib. Bundan sonra çantanı zorla fəalın çiynəni qoyub, onu təhqiramiz şəkildə evdən çıxarıblar.”
Qaynağımız onu da bildirib ki, Əlirza Fərşi tutuqlandıqdan sonra yanvarın 20-də, yalnız bir dəfə anası ilə qısa telefon əlaqəsi saxlayaraq Evin zindanında saxlandığını bildirib. Bəzi mənbələr fəalın hansı ittiham üzrə saxlandığı barədə yalan məlumat yayıb. Çoxları yalan xəbərlərin təhlükəsizlik orqanları tərəfindən yayıldığını düşünür. Bütün bunların fəala qarşı ağır hökm çıxarmaq üçün zəmin yaratmağa yönəldiyi ehtimal olunur.
Bundan əvvəl yayılan şayiələrdə milli fəalın işlədiyi “Xorşid-i İraniyan” şirkətinin “Sepah”a aid olduğu bildirilirdi, halbuki, “Xorşid-i İraniyan” özəl şirkətdir və Əlirza Fərşi həmin şirkətin rəyasət heyətinin üzvüdür.
Tehran Şərif Universitetinin məzunu olan Əlirza Şərifi “Beynəlxalq Ana Dili Günü mərasimi” və “Kəndimiz vəqfi” Dərnəyinin təsisçisidir. “Kəndimiz vəqfi” Dərnəyi mədəni fəalların yardımı ilə Güney Azərbaycanın diqqətdən kənarda qalmış şəhərdən uzaq kəndlərində pulsuz türkcə kitablar paylayır. Yanvarın 20-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi Nadarli barəsində qərar çıxararaq hər birini 2 il həbs və 2 il sürgün edilmə cəzasına məhkum edib. Bundan öncə Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi Əlirza Fərşini 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 15 il həbs və 2 il Xuzistan Əyalətinə sürgünə məhkum etmişdir. Beynəlxalq Əfv Təşkilatı ötən aylarda bəyanat yayaraq azərbaycanlı fəal barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb etmişdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 429 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed