Şrift:
Təbrizdə şagirdlər milli şüarlar səsləndirdilər
23.01.2020 [19:16] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın ba.kəndi Təbrizdə məktəblərin birində soydaşlarımız şagirdlər milli şüarlar səsləndiriblər. İctimai tələblərlə bağlı şüarları əks etdirən video virtual məkanda geniş yayılıb. Şagirdlərin özəlliklə milli şüar səsləndirməsi sosial şəbəkələr istifadəçilərinin xüsusi diqqətini çəkib.
Soydaşımız olan türk məktəblilər “Traxtur” futbol takımının görüşlərində olduğu kimi, gur səslə “Yaşasın Azərbaycan”, “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” və “Azərbaycan var olsun – İstəməyən kor olsun” şüarlarını səsləndiriblər.
Qeyd edək ki, bu yöndə oxşar şüarlar bir müddət əvvəl Meşginşəhr (Xiyav) şəhərinin məktəblərinin birində səsləndirilmişdir. 12-13 yaşlı uşaqların dilə gətirdiyi milli şüarların videosu sosial şəbəkələrdə geniş yayılmışdır.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 194 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed