Şrift:
Milli fəal Əkbər Nəimi yenidən tutuqlandı
23.01.2020 [19:20] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Əkbər Nəimi yenidən Tehranda tutuqlanıbdır. Molla rejiminin təhlükəsizlik qüvvələri yanvarın 22-i səhər saatlarında fəalın Tehranın hava limanında yerləşən iş yerinə hücum edib, onu saxlayaraq naməlum istiqamətə aparıblar. Təhlükəsizlik qüvvələri Əkbər Nəimini saxladıqdan sonra onunla birlikdə evinə müraciət edib, fəalın bir neçə şəxsi əşyasını özləri ilə götürüblər.
Əslən Güney Azərbaycanın Xoy şəhərindən olan Əkbər Nəimi tanınmış milli fəal hansı səbəbdən tutuqlandığını da bilmir. O “Günəbaxan Dərnəyi”nin təsisçilərindən olub. Təəssüflər olsu ki, bu dərnək fəaliyyətini davam etdirə bilməyib. Çünki, mədəni müəssisənin lisenziyası rejim tərəfindən ləğv edilib.
Qeyd edək ki, İran rejimi son aylarda Azərbaycan Milli Hərəkatının fəallarına qarşı təzyiqləri artırıb. 2019-cu il noyabr ayı etirazlarından sonra çox sayda azərbaycanlı milli-mədəni fəal təhlükəsizlik orqanlarına çağırılaraq təhdid edilib, onlardan bəziləri saxlanılıb və qondarma ittihamlarla məhkəmə qarşısına çıxarılıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 206 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed