Şrift:
Milli fəal Məhəmməd Əbdülməhəmmədzadə 27 aylıq həbsə məhkum etdi
23.01.2020 [19:35] - Güney Azərbaycan xəbərləri
İran adlı molla rejiminin Güney Azərbaycanın Şərq Əyalətindəki Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi, “Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Məhəmməd Əbdülməhəmmədzadə barədə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Milli fəal barəsində 27 ay həbs qərarını olduğu kimi qüvvədə saxlanılıb.
Rejimin məhkəməsi Məhəmməd Əbdülməhəmmədzadəni şərləyərək, “qondarma “İslam İnqilabının Rəhbəri təhqir etmək” və “müxalif qrupların xeyirinə olaraq İslam respublikasının əleyhinə təbliğat aparmaq”da günahlandırılıb. Beləliklə milli fəal birinci ittihama görə 15 ay, ikincinə görə isə 12 ay həbs cəzasına məhkum edilib. Əslən Güney Azərb aycanın başkəndi Təbrizdən olan milli fəal bütünlükdə 27 ay həbsə məhkum edilib. Milli fəalın ailəsi və yaxınları fəalın yaxalanması və məhkəməsi barədə mətbuata məlumat vermədiyindən, bu barədə məlumat yayılmamışdır. Onu da qeyd edək ki, milli fəalın istintaqı və məhkəmə prosesi təxminən bir ildir davam edib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed