Şrift:
Suçu olmayan milli fəal Kazım Səfabəxş ikinci dəfədir ad gününü həbsxanada keçirir
23.01.2020 [19:41] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkəni 41 ildir idarə edən mollakratiya rejimi tərəfindən heç bir suçu olmadan həbs etdiyi Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Kazım Səfabəxş (Koroğlu) ikinci ildir ən qəddar şəraiti ilə bilinən Tehranın Evin zindanında ad gününü qeyd edib.
Qeyd edək ki, 1990-cı il yanvarın 21-də doğulan Kazım Səfabəxşin 30 yaşı var. Milli fəal 2018-ci il noyabrın 25-də Tehranda molla rejiminin xüsusi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır. Milli fəal 2019-cu il iyunun 24-də rejimin Tehranda yerləşən İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən 13 il həbsə məhkum edilmişdir. Milli fəal şərlənərək “Qrup yaratmaq və onu idarə etmək”, “ictimaiyyəti təşvişə salmaq” və “sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə qarşılaşmışdır. Fəal Apellyasiya məhkəməsi tərəfindən 3 il həbsə endirilib, bu müddətdən 2 ili mütləq icra olunmalıdır.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş Tehranda Güney Azərbaycanın Traxtur takımının lideri olub.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 187 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed