Şrift:
Şahmatçımız “Masters” turnirinin liderlər qrupunda mübarizə aparır
24.01.2020 [08:26] - İdman
Cəbəllütariqdə təşkil olunan beynəlxalq şahmat festivalının “Masters” turnirində şahmatçımız ardıcıl 3-cü qələbəsini qazanıb. Azərbaycan şahmatçısı Vasif Durarbəyli üçüncü turda yunanıstanlı Vasilios Kotroniası məğlub edərək aktivinə daha bir xal yazdırıb. Şəhriyar Məmmədyarov isə növbəti rəqibi fransalı Jules Moussardla heç-heçə edib. Üç turdan sonra V.Durarbəyli maksimum xalla liderlər qrupunda mübarizə aparır. Ş.Məmmədyarov isə 2,5 xal toplayıb. “Masters” turnirinə dünyanın müxtəlif ölkələrindən 241 şahmatçı qatılıb. Onlardan 116-sı qrossmeysterdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed