Şrift:
ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub
24.01.2020 [11:10] - Sosial
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda olub.
Fonddan verilən məlumata görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyəti barədə qonağa məlumat verib. O, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də beynəlxalq təşkilatlar və diplomatik korpusla əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu deyib. İcraçı direktor bildirib ki, ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən seçkilər ərəfəsində Fondun Mərkəzi Seçki Komissiyası ilə birgə keçirdiyi konfranslar jurnalistlərin maarifləndirilməsinə xidmət edib. Sonda Kira Kalininanı maraqlandıran suallar cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 147 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed