Şrift:
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir
24.01.2020 [11:28] - İqtisadiyyat
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti yüksək gərginlikli avadanlıqlara illik texniki servis xidmətinin satınalması üzrə açıq müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtlərində göstərilən, qiymət təklifi istisna olmaqla) 4 fevral 2020-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 6 fevral 2020-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 7 fevral 2020-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvandan ala bilərlər.
Əlaqə telefonları: 599-00-03 (1402).

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 624 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed