Şrift:
“Şahdəniz”dən çıxarılan qazın 77,6 milyard kubmetri ixraca göndərilib
24.01.2020 [11:33] - İqtisadiyyat
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağı istismara veriləndən cari il yanvarın 1-dək çıxarılan qazın 77,6 milyard kubmetri ixraca nəql edilib. Bu barədə Energetika Nazirliyinin hesabatında deyilir.
Qeyd edək ki, “Şahdəniz” qaz-kondensat yatağından indiyədək 112 milyard kubmetrdən çox təbii qaz çıxarılıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed