Şrift:
Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsində 5 694 000 lari qalıq qalıb
24.01.2020 [11:54] - Borçalı
Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsində 5 694 000 lari qalıq qalıb. Bu haqda məlumatı Bələdiyyə Məclisi iclasında meriyanın Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov verib və bildirib ki, qeyd olunan məbləğ sərbəst qalıq deyil və o, 2020-ci ildə xərclənəcək öhdəliklər olaraq göstərilib.
“Bu qalıqla 2020-ci ilin büdcəsində öz öhdəliklərimizi dəqiqləşdirməliyik. 5 694 000 laridən 988 106 lari hökumət tərəfindən ayrılmış məbləğdən, köçürmələrdən qalıb. 2 530 lari öz öhdəlikləri ilə bu ilə keçib. 988 106 laridən yalnız 19 616 larini qanun çərçivəsində heç bir layihədə istifadə edə bilməyəcəyik və geri qaytarmalıyıq, hüququmuz çatmır. Qalan köçürmələr isə öhdəliklər üçündür. Kəndlərə dəstək proqramından da qənaət nəticəsində 217 000-ə qədər məbləğ qalıb ki, üç layihənin həyata keçirilməsi üçün Marneuli şəhərində, Tserakvi və Əzizkənddə idman meydançasının qurulması üçün istifadə edəcəyik. İctimai məktəblərin bərpasından qənaət olunan məbləğdən 2020-ci ildə istifadə edəcəyik”, – Vüqar Məmmədov bildirib.
Vüqar Məmmədov məsələni təqdim edən zaman 2020-ci ilin büdcəsini diqqətə yetirib və deyib ki, bugünkü vəziyyətə görə, Marneuli bələdiyyəsinin büdcəsi 44 384 900 lari təşkil edir. Bundan 33 423 100 lari yerli özünüidarəetmənin vəsaiti çərçivəsindədir, 10 961 800 lari isə dövlət büdcəsindən köçürülən məbləğdir.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 97 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed