Şrift:
Afinaya şok: Batı Trakiya Türklərindən muxtariyyət iddiası
24.01.2020 [12:02] - Siyasət
Beynəlxalq normalar çərçivəsində hüquqlarımızı tələb edirik. Bu sözləri Qərbi Frakiya Məclisinin sədri Faruq Özkan deyib. “Liviyada hərbi çevriliş yolu ilə hakimiyyətə gəlmək istəyən Haftarla rəsmi şəkildə görüşən Yunanıstan hakimiyyəti Qərbi Frakiyanın muxtariyyətını da tanımalıdır biz bunu tələb edirik”, - deyə o bildirib.
Qeyd edək ki, hazırda Batı Trakiyadakı türklər təhsil, din, siyasət başda olmaqla, müxtəlif məsələlərdə ciddi problemlərlə üzləşirlər. Bütün bunlarla yanaşı, onu da qeyd edək ki, Batı Trakiya Türkləri Osmanlı dövləti dağıldıqdan və Balkanlarda yeni qurulan dövlətlər siyasətində Avropanın və Yunanıstanın dəstəyi ilə 1923-cü ildən bu yana, ən ağır və məşəqqətli dönəmi yaşayırlar. Ona görə də Batı Trakiya Türkləri bu prosesləri nəzərə alaraq, heç bir zaman muxtariyyat iddiasında olmamışlar. Onların tək istəyi Türkiyədə yaşayan yunanlar kimi özgür hüquqlara sahib olmaq istəyidir. Bu təhsil, mədəniyyət, yerli iqtisadi infrastrukturların nprmal çalışması və social haqlar üzərində köklənibdir. Yunanıstan hökuməti isə, Batı Trakiya bölgəsini daim ən ağır şərtlər içində yaşatmağa, assimliasiya siyasəti yürütməyə və digər mədəni-sosial haqların tanınmaması üzərində kəkləmişdir.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 66 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed