Şrift:
Rövzət Qasımov: “Exit-poll” keçirmək istəyən təşkilatlarla bağlı KİV-lərə təqdim ediləcək”
24.01.2020 [12:55] - Xəbərlər
“Qanunvericiliyə görə, seçkidə “Exit-poll” keçirmək istəyən təşkilatlar səsvermə gününə 20 gün qalmış Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməlidir”.
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. MSK sədrinin müavini bildirib ki, artıq müraciətlər MSK-ya daxil olub: “Hazırda MSK bununla bağlı iş aparır. Yaxın günlərdə sənədlərini tam olaraq MSK-ya təqdim edən təşkilatların məlumatları KİV-lərə təqdim ediləcək”.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə 2020-ci il yanvarın 30-dək qərar qəbul etməlidir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 289 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed