Şrift:
Avropa İttifaqının rəhbərləri Brexit haqqında sazişi imzalayıblar
24.01.2020 [12:58] - Siyasət
Avropa İttifaqı Şurası və Avropa Komissiyasının rəhbərləri Şarl Mişel və Ursula fon der Lyayen Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi imzalayıblar. Şarl Mişel bu barədə özünün Twitter səhifəsində bildirib. “Bu gün (yanvarın 24-də) mən Ursula fon der Lyayenlə birlikdə Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqqında sazişi imzaladım. Bir neçə şeyi dəyişmək qaçılmazdır, lakin bizim dostluğumuz davam edəcək. Biz tərəfdaşlar və müttəfiqlər kimi yeni fəsil başlayırıq”, - Şarl Mişel belə yazıb.
Bundan əvvəl isə Avropa parlamentinin komitəsi Britaniyanın Avropa İttifaqının tərkibindən çıxmasının (Brexit) şərtləri haqqında sazişi böyük səs çoxluğu ilə təsdiqləyib.
Xatırladaq ki, dünən kraliça II Elizabet Brexit haqqında qanun layihəsini imzalayıb. Bununla da layihə qanun statusu alıb. Avropa Parlamentinin sazişi yanvarın 29-da səsverməyə çıxaracağı gözlənilir. Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-də tərk edəcək. İlin sonunadək Aİ-nin və krallığın münasibətlərində heç bir dəyişiklik baş verməyəcək. Belə ki, dekabrın 31-dək keçid dövrü olacaq. Həmin müddətdə tərəflər gələcək münasibətlər barədə danışıqlar aparacaqlar.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 285 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed