Şrift:
UNESCO-nun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq
26.01.2020 [11:45] - Mədəniyyət
Yanvarın 29-da Parisdə UNESCO-nun baş qərargahında “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı sərgi açılacaq. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək. Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub.
Azərbaycan xalçaçılığında yeni “Şəki xalçaları” qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib. Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 366 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed