Şrift:
Böyük sənətkar Rəşid Behbudovun xatirə gecəsi keçirilib
26.01.2020 [11:49] - Mədəniyyət
Görkəmli müğənni, Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Sənətkarın adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həm biznes nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev və digərləri görkəmli müğənninin yaradıcılığı haqqında danışıblar. Bildirilib ki, milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Tədbirdə xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Behbudovun repertuarından mahnılar ifa ediblər. Tədbir Bank VTB Azərbaycanın dəstəyi ilə keçirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 102 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed