Şrift:
Həbs olunan şəxsin gizlətdiyi üç kiloqramdan çox heroin və tiryək aşkarlanıb
26.01.2020 [12:42] - Hadisə
Respublikanın daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotik vasitə ilə tutulmuş T.Əhmədovun ətrafında Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşları tərəfindən aparılmış tədbirlərlə onun Ümid qəsəbəsi ərazisində gizlətdiyi 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed