Şrift:
İsmayıllıdan Qəbələyə turist aparan avtobus qəzaya düşdü, 2 nəfər ölüb, 15 yaralanıb
26.01.2020 [12:46] - Hadisə
Hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Ölənlər ər və arvaddır.
Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 86 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed