Şrift:
Göyçay və Şamaxıda Gənclərin İnkişaf və Karyera Mərkəzlər açılıb
26.01.2020 [19:43] - Gənclik
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) bölgələrdə növbəti nümayəndəlikləri Göyçay və Şamaxı rayonlarında fəaliyyətə başlayıb. Yeni nümayəndəliklərin açılış mərasimində çıxış edənlər Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin edilməsindən, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının verdiyi göstərişlərə uyğun olaraq, artıq iyirmiyədək şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ayda isə ölkənin bütün şəhər və rayonlarında nümayəndəliklər yaradılacaq. Sonra tədbirin iştirakçılarının muzeyə ekskursiyası təşkil olunub, onlara mərkəzlərdə yaradılan şərait barədə ətraflı məlumat verilib. Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. Region gəncləri, həmçinin “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed