Şrift:
Könüllülərinin iştirakı ilə bilik yarışı keçiriləcək
26.01.2020 [19:47] - Gənclik
Fevralın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif qurumlarda fəaliyyət göstərən könüllülərin iştirakı ilə bilik yarışı keçiriləcək. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. O bildirib ki, müxtəlif nazirlik və komitələrin könüllülərini bir araya toplayan yarışın keçirilməsində məqsəd könüllülər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasına, koordinasiya işinin təkmilləşdirilməsinə və əlaqələrin möhkəmlənməsinə dəstək verməkdir: ""Xəmsə" formatında təşkil olunacaq bilik yarışmasında 15-ə yaxın dövlət qurumunun könüllü komandası iştirak edəcək və yüksək nəticə göstərən 4 komanda finala vəsiqə qazanacaq".
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed