Şrift:
Parlament seçkilərinə AŞ PA-dan gələn müşahidəçilərin sayı bilindi
26.01.2020 [19:53] - Xəbərlər
Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərində səsvermə prosesini izləmək üçün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) 32 üzvündən ibarət nümayəndə heyəti ölkəmizə gələcək. Bu barədə AŞ PA-nın seçkiqabağı nümayəndə heyəti yanvarın 22-23-də ölkəmizə edilən səfərdən sonra bəyan edib.
Bəyanatda deyilir: “Dövlət qurumlarının nümayəndələri seçkilərin AŞ PA nümayəndə heyəti tərəfindən izlənməsini alqışladılar və seçkilərin şəffaf, azad və ədalətli şəraitdə keçirilməsi üzrə siyasi iradənin olduğunu vurğuladılar”.
Nümayəndə heyətindən qeyd edilib ki, seçkilər və onların müşahidəsi yalnız səsvermə gününə aid deyil, bütün seçki prosesini qiymətləndirmək üçün təhlil olunmalı və qiymətləndirilməli olan bir neçə mərhələdən ibarət prosesdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed