Şrift:
Tehranda “Azadi” stadionunda: “Azərbaycan var olsun – Türkiyə başın sağolsun”
26.01.2020 [21:00] - Güney Azərbaycan xəbərləri
Dünən Təbriz vaxtı ilə saat 15:15-də Tehranın Azadi stadionunda bu şəhərin “Perspolis” və Güney Azərbaycanın başkəndi Təbrizin “Traxtur” takımları arasında görüş olub. Ölkə futbol takımlarının super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüşdə çox sayda “Traxtur” tərəfdarı azarkeş qismində iştirak edib. “Traxtur” tərəfdarları görüş zamanı “Azərbaycan var olsun – Türkiyə başın sağolsun” şüarı səsləndirərək Türkiyənin Elazığ şəhərində baş verən dağıdıcı zəlzələ ilə bağlı qardaş ölkəyə baş sağlığı veriblər.
Qeyd edək ki, daha öncə, yəni “Traxtur” tərəfdarları 2019-cu il noyabrın 1-də Tehranın “İstiqlal” komandası ilə görüşdə Suriyanın şimalında terror qruplaşmalarına qarşı həyata keçirilən “Barış pınarı” əməliyyatına dəstək məqsədi ilə türk ordusuna hörmət olaraq ayaqüstə hərbi salam vermişdilər. Azərbaycan Türklərinin bu hərəkəti fars şovinistləri və kürd terror qruplaşmalarının tərəfdarını sərt qəzəbləndirmişdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 138 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed