Şrift:
Sulduzlu milli fəala Ettelatın Təbrizdəki zindanında işgəncələr verilir
26.01.2020 [21:08] - Güney Azərbaycan xəbərləri
Ötən gün İran adlı mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Sulduz şəhərində Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan Səccad Şəhri tutuqlanaraq Təbrizdəki Ettelaat İdarəsinin təcridxanasına aparılıb. Bu barədə Təbriz İnqilab Məhkəməsinin 16-cı şöbəsi, Sulduzun İnqilab Məhkəməsinə məktub göndərərək milli fəalın saxlanılaraq təhlükəsizlik qüvvələrinin nəzarəti altında Təbriz məhkəməsinə göndərilməsini istəyib. Təbriz məhkəməsinin Səccad Şəhirinin saxlanması ilə bağlı hökmü üzə çıxdıqdan sonra milli fəalın hansı ittiham üzrə saxlandığı məlum olub. Hökmdə fəalın rejimin ən qatı düşməni hesab olunan “GAMAC” (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) bölücü qruplaşmasına üzv olmaq”da şübhəli bilindiyi qeyd olunub.
Xatırldaq ki, İran adlı ölkənin Konstitusiyasının 32-ci maddəsinə əsasən kimsənin saxlanması üçün onun nədə şübhəli bilindiyi və ittihama əsas verən dəlillər yazılı şəkildə şübhəli bilinən şəxsə elan olunmalıdır. Bu əsasda milli fəalın saxlanması qanunsuz sayılır. Bundan əlavə, saxlanma hökmündə fəalın GAMAC təşkilatında üzv olmaqda şübhəli bilindiyi qeyd olunub. Mötərizənin içində GAMAC Təşkilatı, “Güney Azərbaycanın Milli Azadlıq Cəbhəsi” adı ilə təqdim olunub.
2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.
Səccad Şəhiri yanvarın 16-ı günorta saatlarında Sulduz şəhərində yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Adını çəkdiyimiz fəal bundan əvvəl də Azərbaycan Türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 94 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed