Şrift:
Qanunsuzluqlara etiraz edərək məhbus Cavad Rəhimzadə dodaqlarını tikdi
26.01.2020 [21:26] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Mərənd şəhərində zindanında həbsdə olan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan məhbus Cavad Rəhimzadə dodaqlarını tikərək aclıq aksiyasına başlayıb. O, məhbusların həbsxana rəisi tərəfindən təzyiqlərə məruz qalması, məhbuslara və görüş zamanı onların ailəsinə edilən hörmətsizliyə etiraz olaraq bu bir addım atıb. Həbsxana rəisi Xaninin bu vəzifəyə təyin olunduğu gündən məhbuslara qarşı qeyri-insani rəftar edir. Əldə etdiyimiz bilgilərə görə, Xani bu müddətdə bir çox məhbusun məzuniyyətini ləğv edib. Onların ailəsi ilə görüşünü məhdudlaşdırıb, bəzi hallarda isə görüşlərini ləğv edib.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed