Şrift:
Tanınmış müəllim Höccət İmamidən xəbər yoxdur
26.01.2020 [21:32] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Mili Hərəkatının tanınmış fəallarından biri olan və müəllim kimi yüksək səviyyədə sayğılı bir şəxsiyyət kimi tanınan Höccət İmaminin həbs edilməsindən 2 həftə keçməsinə baxmayaraq, təhlükəsizlik və məhkəmə orqanları onun niyə saxlandığı və irəli sürülən ittihamlarla bağlı heç bir açıqlama vermirlər.
Milli fəalın Güney Azərbaycanın Sayınqala şəhərində yaşayan ailəsi onun səhhəti və hansı şəraitdə saxlanılmasından məlumatsızdırlar. Ailəsi davamlı olaraq əlaqəli orqanlarla əlaqə saxlasa da, Höccət İmami barədə heç bir məlumat əldə edə bilmir.
Xatırladaq ki, Höccət İmami yanvarın 7-də, Sayınqalada, öz evində həbs edilib, ifadə vermək üçün Urmiya ETTELAAT İdarəsinə aparılmışdı. Milli fəal 1 gün sonra ailəsi ilə qısa müddətli telefon əlaqəsi yaradaraq, Urmuda saxlandığını və haqqında həbs qəti imkan tədbiri seçildiyini demişdi. O, tutuqlanan zaman təhlükəsizlik orqanları əməkdaşları Höccət İmaminin evində axtarış aparıb, ona məxsus notbuk, mobil telefon və kitabları özləri ilə aparıblar. Bədən tərbiyəsi üzrə magistr təhsili olan Höccət İmami ədəbiyyat müəllimidir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 92 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed