Şrift:
İskəndər Pala azərbaycanlı oxucuları ilə görüşüb
19.09.2012 [11:54] - Türk dünyası-Turan
Türkiyəli yazıçı İsgəndər Pala sentyabrın 17-si Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında oxucularla görüşüb.

Görüşü təşkil edən “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin yaydığı məlumata görə, İsgəndər Pala yaradıcılıq kredosu, ədəbi-fəlsəfi məntiqi barədə danışıb, oxucuların suallarını cavablandırıb.

Alimlər Vaqif Abbasov, Əsgər Rəsulov, yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı İsgəndər Pala yaradıcılığı barədə mülahizələrini bölüşüblər. Sonda yazıçının Bakıda çap olunmuş “Od” romanının imzalanma mərasimi olub.
Bu xəbər oxucular tərəfindən 1348 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed