Şrift:
Fərəc Quliyevin seçicilərlə izdihamlı görüşü keçirildi (video, foto)
27.01.2020 [13:46] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Görüşdə Fərəc Quliyevə alternativ olan əlacsız namizədin provakasiya cəhdləri iflasa uğradı

Dünən 26.01.2020 tarixində 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin Neftçi Qurban Abbasov adına Mədəniyyət Sarayında seçicilərlə görüşü keçirilib. Yüzlərlə seçicinin qatıldığı görüşdə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra aparıcı tərəfindən namizədin tərcümeyi halından bir neçə məqam seçicilərin diqqətinə çatdırıldı. Ardınca söz F.Quliyevə verildi. F.Quliyev çıxışında deputat kimi ötən dövrlə bağlı olan fəaliyyəti barədə hesabatın artıq seçicilərə paylandığını bildirərək, görülmüş işlər barədə bir çox vacib detalları və görülmüş işlərlə bağlı ümumi statistik rəqəmləri diqqətə çatdırdı, eyni zamanda ideya və prinsipləri, eləcə gələcək planları barədə danışdı.

Qaraçuxur qəsəbəsində fəaliyyət göstərən Bakı Uşaq və Gənclər Teatrının direktoru və bədii rəhbəri, Azərbaycanın əməkdar artisti İntiqam Soltan, Suraxanı rayonunun hörmətli həkimlərindən və ziyalılarından olan Vurğun Həsənov, F.Quliyevin döyüş yoldaşı Mübariz Quliyev çıxış edərək namizədin şəxsi keyfiyyətləri, ictimai-siyasi və rayonun sosial həyatındakı rolu barədə danışdılar.
Ardınca seçicilər söz alaraq, deputat kimi ötən dövrdə F.Quliyevin ərazilərlə və şəxsi məsələlərlə bağlı müraciətlərinə diqqətlə yanaşması və müsbət həll olunduğu üçün təşəkkürlərini bildirdilər, rayonun mövcud problemlərindən danışdılar.
Görüşdə F.Quliyevə alternativ olan digər namizədlərdən iştirak edənlər var idi. Namizəd kimi tərəfdarı olmayan əlacsız namizəd biri özüylə gətirdiyi "bibilərıə" bir neçə dəfə tədbiri pozmaq məqsədiylə təxribata cəhd etdi. "Bibilər" tərəfindən atılan atmacaya seçicilərin sərt reaksiyası ilə qarşılaşan və zalda bütün cəhdləri uğursuz alınan namizəd gətirdiyi “bibiləri” ilə Mədəniyyət Sarayının qarşısında şou düzəldərək rəqibinin baş tutan izdihamlı və anşlaqlı görüşünü cəmiyyətdə gözdən salmağa çalışıb.
Lakin küçədəki şousu da sakinlər tərəfindən qınanılmasına baxmayaraq, bloqerlik edən namizəd onun bu əməlini tənqid edən müsahiblərinin fikirlərinə heç bloqer kimi də hörmətlə yanaşmağı bacarmayıb.
Tədbirin sonunda sarayın foyesində seçicilərlə F.Quliyevin səmimi söhbətləri olub. Namizədi əhatəyə alan çoxsaylı seçicilər müxtəlif mövzularda müraciətlər ediblər. Seçicilərin onun tərcümeyi halı ilə tanış olduqdan sonra sədrlik etdiyi partiyaya üzvlük ərizəsi təqdim etmələri, müharibə veteranlarına və şəhid ailələrinə verdiyi dəstəyə görə veteran və şəhid ailələrinin təşəkkür etməsi, cərrahiyyə əməliyyatı və digər müalicə etdirdiyi seçicilərin dualar etməsi, ictimai-siyasi proseslərdə milli iradənin ifadəçisi kimi və seçildiyi ərazidə seçicilərin problemlərinə diqqətlə yanaşması ilə bağlı deyilən ifadələr, milli ideoloq kimi tərəfdarları olan seçicilərin qürurla danışması, F.Quliyevdən aftoqraf almaq istəyənlərin və şəkil çəkdirmək istəyənlərin çoxluğu görüşün saatlarla uzanmasına səbəb oldu ki, bu yanaşmaya görə namizəd seçicilərinə təşəkkürünü bildirdi və mütəəssir olduğunu ifadə etdi.

Həmin görüşün videosunu və görüşdən fotoları təqdim edirik:

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 1671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed