Şrift:
Sergen Yalçın “Beşiktaş” klubunun baş məşqçisi təyin olunub
28.01.2020 [09:44] - İdman
Abdullah Avcı ilə yollarını ayıran Türkiyənin “Beşiktaş” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Klub rəhbərliyi 47 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, “Beşiktaş”ın yetirməsi olan Sergen Yalçın klubun əfsanəvi futbolçuları arasında yer alıb. O, on il formasını geyindiyi bu komandada 309 oyunda 87 qol vurub. Cari mövsüm Superliqanın digər təmsilçisi “Yeni Malatyaspor”u çalışdırmış S.Yalçın bir neçə gün əvvəl vəzifəsindən istefa verib. Xatırladaq ki, çempionatda son beş oyunun dördündə məğlub olan “Beşiktaş” 30 xalla yeddinci pillədə qərarlaşıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed