Şrift:
Mingəçevir Gənclər Evində bilik yarışının qalibləri müəyyənləşib
28.01.2020 [10:45] - Gənclik
Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə “İntellekt döyüşü” adlı bilik yarışı keçirilib.
Gənclərdə dünyagörüşünün formalaşdırılması, intellektual oyunlara marağın artırılması məqsədilə təşkil olunan yarışda 15 komanda iştirak edib. 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan yarışda gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən, tarix, ədəbiyyat, mədəniyyət, milli-mənəvi dəyərlərimiz və ümumi dünyagörüşünə dair suallar cavablandırılıb. “Nə? Harada? Nə zaman?” formatında keçirilən bilik yarışında qalib komandalar mükafatlandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed