Şrift:
Azərbaycan Gəncləri Günündə “GəncLİK üçün Danış!” forumu keçiriləcək
28.01.2020 [10:49] - Gənclik
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Binəqədi Gənclər evində “GəncLİK üçün Danış!” mövzusunda forum keçiriləcək. Forumun məqsədi gənclər sektorunun nümayəndələrinin gənclərlə görüşünün təşkili, ötən il yüksək fəallıq göstərən gənclərin və könüllülərin mükafatlandırılması, Binəqədi Gənclər Evinin 2020-ci ildə həyata keçirəcəyi tədbirlər, o cümlədən “Könüllülər ili” ilə əlaqədar strateji fəaliyyətin planı ilə bağlı gənclərin fikir və təkliflərinin öyrənilməsidir.
Tədbirdə “Könüllülük Akademiyası 2” layihəsinin bağlanışı olacaq, üçüncü layihə haqqında məlumat veriləcək. Forumda iştirakla bağlı ətraflı məlumatı (012) 561-92-02, (055) 423-92-02 nömrəli əlaqə telefonlarından və Binəqədi Gənclər Evinin internet saytından öyrənmək olar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 93 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed