Şrift:
Zaqatala gəncləri “Könüllü qonaq” təşəbbüsü ilə daha bir ailəyə baş çəkiblər
28.01.2020 [10:52] - Gənclik
Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan olunmasından ilhamlanan Azərbaycan gənclərinin həyata keçirdiyi “Könüllü qonaq” təşəbbüsü çərçivəsində Zaqatala gəncləri daha bir ailəyə baş çəkiblər.
Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkən gənclər təmizlik işləri aparıb, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradıblar.
Gənclər ev sahibləri ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar digər şəhər və kəndlərdə yaşayan gəncləri də bu nəcib təşəbbüsə #könüllüqonaq qoşulmağa çağırıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed