Şrift:
AVCİYA Gəncə və Mingəçevirdə seminar keçirib
28.01.2020 [11:49] - Sosial
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar növbəti seminarları Gəncə və Mingəçevirdə keçirib. Tədbirlərin keçirilməsində məqsəd seçki ərəfəsində regionlarda müşahidəçilərin maarifləndirilməsi və əhalinin seçki fəallığının artırılmasına dəstək verməkdən ibarətdir. AVCİYA-dan bildiriblər ki, hər iki seminarda tədbir iştirakçılarına qanunverici orqana seçkilərə dair beynəlxalq təcrübə, 1995-ci ildən başlayaraq ölkəmizdə keçirilən parlament seçkiləri, seçkilər ərəfəsində mövcud ictimai-siyasi vəziyyət, seçki administrasiyasının fəaliyyəti, şikayətlər və s. haqqında ətraflı məlumat verilib.
Tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri, professor Məhərrəm Zülfüqarlı geniş məruzə ilə çıxış edərək Milli Məclisə seçkilərin keçirilməsini zəruri edən səbəblər, assosiasiyanın parlament seçkiləri ilə bağlı gördüyü işlər barədə məlumat verib. Tədbir iştirakçıları, həmçinin müşahidəçilərin hüquq və vəzifələri, seçki günü görəcəkləri işlər barədə də məlumatlandırıblar. Bundan əlavə, məruzəçi seminar iştirakçılarına AVCİYA-nın bu günlərdə seçkilərlə bağlı nəşr etdiyi iki kitab, seçki öncəsi ictimaiyyətə təqdim olunacaq Aralıq Hesabat barədə də ətraflı məlumat verib.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, deputatlığa namizədlərin təbliğat kampaniyası ilə bağlı fikir mübadiləsi aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed