Şrift:
Azərbaycanla gömrük prosedurlarının elektronlaşdırılması üzrə danışıqlar aparılır
28.01.2020 [12:01] - İqtisadiyyat
ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalara baxmayaraq, İranın xarici ticarət dövriyyəsi 72 milyard dollara çatıb. Sanksiyalara baxmayaraq, İran “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə layihələrini davam etdirir. Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsin inşası davam edir.
Bu sözləri İranın Baş Gömrük İdarəsinin sədri Mehdi Mirəşrəfi deyib. O bildirib ki, hazırda Azərbaycan ilə tranzit yüklərin gömrük-keçid məntəqələrindən keçərkən qeydiyyatının elektronlaşdırılması üzrə danışıqlar aparılır. Onun sözlərinə görə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə həyata keçirilən idxal-ixrac əməliyyatları və tranzit daşımalar elektron qaydada qeydə alınacaq. Bu, gömrük prosedurlarını asanlaşdırmaqla yanaşı, vaxt itkisinin də qarşısını alacaq. Gələcəkdə Azərbaycan ilə yanaşı, Hindistan və Rusiya da bu layihəyə qoşulacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed