Şrift:
Fevralın 1-dən köhnə smartfonlarda “WhatsApp” işləməyəcək
28.01.2020 [12:13] - Xəbərlər
“WhatsApp” messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin dayandırılması barədə qərar qəbul ediblər.
Bu il fevralın 1-dən “WhatsApp” “Android 2.3.7” və “iOS 8” köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfon və planşetləri dəstəkləməyəcək. Messenceri “Android 4.0.3” və ya “iOS 9” versiyalarda problemsiz istifadə etmək mümkün olacaq. “WhatsApp” messenceri “KaiOS 2.5.1” sistemli aparatlarda da işləyəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 172 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed