Şrift:
Fevralın 1-də Azərbaycan Superliqasının üçüncü dövrəsinə start veriləcək.
29.01.2020 [10:01] - İdman
Oğlanlardan ibarət komandalar arasındakı oyunlar Azərbaycan Texniki Universitetinin basketbol arenasında keçiriləcək. Həmin gün “Sıçrayış” və “80-lər” basketbol klubları arasındakı görüş saat 17:30-da, “Xırdalan” – “Atletik” matçı isə saat 19:30-da başlayacaq.
Fevralın 2-də Superliqanın 15-ci turunun digər iki qarşılaşması təşkil olunacaq. Günün ilk oyununda “Gəncə” və “Zirvə Astara” komandaları saat 18:00-da üz-üzə gələcəklər. “Sərkərdə” və “Atom” klubları arasındakı görüş isə saat 20:00-da oynanılacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed