Şrift:
Stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb
29.01.2020 [10:13] - İdman
Yanvarın 28-də “Şüa” İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə Azərbaycan çempionatı start götürüb. Federasiyadan verilən məlumata görə, çempionatın ilk günündə komanda yarışları keçirilir. Ölkə çempionatında Bakı (5 komanda), Sumqayıt (3 komanda), Şirvan, Salyan, Masallı və Şəki komandaları mübarizə aparırlar. Yarışlarda, ümumilikdə 80-ə yaxın idmançı gücünü sınayır. Yarış şəxsi-komanda xarakteri daşıyır. Çempionata yanvarın 31-də yekun vurulacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed