Şrift:
Strasburqda “20 Yanvar” faciəsinə həsr olunan tədbir keçirilib
29.01.2020 [12:11] - Siyasət
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən qış yarım sessiyası çərçivəsində 2020-ci il yanvarın 28-də təşkilatın mənzil-qərargahında “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr olunan tədbir təşkil edilib. Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti və Avropa Şurası yanında Daimi Nümayəndəliyi tərəfindən birgə təşkil edilən bu tədbirdə AŞPA üzvləri, diplomatik korpus, Avropa Şurası katibliyi, vətəndaş cəmiyyəti, mətbuat və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransın əvvəlində “20 Yanvar” faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub və daha sonra həmin tarixi günləri əks etdirən fotolar iştirakçılara nümayiş etdirilib. Toplantıda çıxış edən Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri, Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova, Fransada Azərbaycan diasporunun üzvü, şərqşünas araşdırmaçı Şirin Melikoff, habelə Azərbaycan və Türkiyənin Avropa Şurası yanında daimi nümayəndələri Fəxrəddin İsmayılov və Kaan Esener xalqımızın qan yaddaşına həkk olunmuş “Qara Yanvar” faciəsi barədə öz düşüncələrini bölüşüblər.
Çıxışlarda Azərbaycan xalqına qarşı törədilən bu cinayətin əsl mahiyyəti barədə məlumat verilib və eyni zamanda, həmin hadisələr Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilib. Konfrans zamanı təqdim olunan məruzə və məlumatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed