Şrift:
Milli fəal Əkbər Mühaciri Təbriz zindanına köçürülüb
29.01.2020 [13:57] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Əkbər Mühaciri Təbrizin Mərkəzi Zindanına köçürülüb. Belə ki, milli yanvarın 28-də yaxınları ilə qısa telefon əlaqə saxlayaraq bu barədə məlumat verib.
Əkbər Mühaciri daha 8 türk milli-mədəni fəalla birlikdə 2019-cu il noyabr ayı etirazları zamanı, aksiyalarda iştirak etmədiyi halda təhlükəsizlik qüvvələri tərəfindən tutulub, o 75 gün Təbriz Ettelaat İdarəsinin təcridxanasında saxlanılıb. Halbuki, mollakratiya rejimi gözlənilmədən benzin və neft məhsullarının qiymətlərini 3 dəfə (300 faiz) artıraraq ölkə boyunca kütləvi narazlıqlar yaratmışdır. Narazılıq dalğası səngiyən kimi kütləvi yürüş və mitinqlərdə fəal şəkildə iştirak edənlər rejimin Ettelat idarəsinin məmurları tərəfindən təqib olunaraq həbs edilirlər. Bu proses özəlliklə Güney Azərbaycanda qəddar şəkildə həyata keçirilir.
Bu günədək Əkbər Mühaciri ilə birlikdə tutulan fəalların vəziyyəti barədə heç bir məlumat yoxdur. Onların Təbrizin Ettelaat İdarəsinin təcridxanasında saxlandığı bildirilir.

DAVAM.AZ
“Təıbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed