Şrift:
Gənc sərbəst güləşçilər arasında Bakı çempionatının qalibləri müəyyənləşib
30.01.2020 [11:10] - İdman
Hövsan Olimpiya İdman Kompleksində gənc sərbəst güləşçilər arasında Bakı çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasınadan verilən xəbərə görə yarışda ümumilikdə 80-ə yaxın sərbəst güləşçi paytaxt birinciliyində mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Rəhman İmanov (57 kq), Namiq Əsgərli (61 kq), Əbülfəz Nəsirov (65 kq), Mürşüd Hüseynov (70 kq), Elvin Dünyamalıoğlu (74 kq), Əhməd Kudyarov (79 kq), Əvəz Seydalısoy (86 kq), İsmayıl Cəfərov (92 kq), İsmayıl Cabbarlı (97 kq) və Kənan Albabayev (125 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed