Şrift:
“Panatinaikos”–PAOK oyununun idarə edilməsi azərbaycanlı hakimlərə tapşırıldı
30.01.2020 [11:17] - İdman
Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıblar. Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində keçiriləcək “Panatinaikos”–PAOK oyununu idarə edəcək. Ona bu işdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. “Panatinaikos”–PAOK oyunu fevralın 2-də təşkil olunacaq.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 318 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed