Şrift:
Hökumət-müxalifət dialoqunun davamı olacaq
19.09.2012 [14:30] - Siyasət
“Qarşıdan prezident seçkiləri gəlir və seçkilər ilində təmaslar daha da artırılacaq.”




Azərbaycan hökumətinin müxalifətlə dialoqlarının davamı olacaq. Bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov verib.



Onun sözlərinə görə, qarşıdan prezident seçkiləri gəlir və seçkilər ilində təmaslar daha da artırılacaq: “Proseslərdə fəallıq olacaq – həm siyasi partiyalar, həm mətbuat, həm də qeyri-hökumət təşkilatlarında. Azərbaycan hakimiyyəti cəmiyyətin ayrılmaz hissəsi olan bu qurumlarla işi gücləndirəcək”.
Bu xəbər oxucular tərəfindən 991 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed