Şrift:
Türkmənistan parlamenti ikipalatalı sistemə keçir
30.01.2020 [14:17] - Siyasət
Türkmənistanın yeni parlamenti Məclis və Xalq Maslixatı olmaqla ikipalatalı sistemə keçəcək. Yeni sistemə keçid Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən Xalq Maslixatının iclasında irəli sürülüb.
Bununla da Türkmənistanın birpalatalı Məclisi ikipalatalı parlamentə çevriləcək. Məclis və Xalq Maslixatı müxtəlif səlahiyyətlərə malik olsalar da, parlamentə bərabər hüquqla daxil olacaqlar. Türkmənistanda aparılan Konstitusiya islahatı məhz bu dəyişiklikləri nəzərdə tutur. Yeni parlament Milli Şura (Milli Geňeş) adlanacaq. Onun qanunverici palatasının Məclis, nümayəndələr palatasının isə Xalq Maslixatı adlandırılması təklif olunur.

DAVAM.AZ
“Aşqabad Bürosu” (Türkmənistan)
Bu xəbər oxucular tərəfindən 146 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed