Şrift:
Ceyhun Bayramov: "Ortaq türk tarixi dərsliyi artıq hazırdır"
31.01.2020 [10:58] - Gənclik
"Beynəlxalq Türk Akademiyası çərçivəsində 15-ci əsrədək olan ortaq türk tarixi dərsliyi artıq hazırdır". Bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası çərçivəsində ortaq türk tarixi dərsliyinin tədrisinə başlanılması müzakirə ediləcək: "Eyni zamanda ortaq coğrafiya və ədəbiyyat dərsliklərinin hazırlanması da müzakirə olunacaq".
Qeyd edək ki, bu gün Bakıda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının 3-cü iclası keçirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 572 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed